Şuşa Humanitar Kollecində Xocalı Soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir.
24 fevral 2016-cı il tarixində Şuşa Humanitar Kollecində Xocalı Soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə kollec tələbələrinin soyqırıma həsr etdikləri rəsm əsərləri və Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir. Daha sonra filmin müəllifi, xocalı sakini şair-publisit Səriyyə Müslümqızı, Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Kollecin direktoru Rəsul İsmayılov, Şuşa Rayon YAP Gənclər Birliyinin sədri, şəhid övladı Yapon Hacıyev və kollecin müəllimləri çıxış edərək tələbə və gənclərə törədilmiş soyqırımı haqqında geniş məlumat vermiş, Ermənistanın Azərbaycan xalqına qarşı tarixən amansız işğal siyasəti həyata keçirmək məqsədi daşıdığını bildirmiş, soyqırım cinayətinin dünya ictimaiyyətinə çatdırılmasında gənc nəslin üzərinə düşən işlərdən, həmçinin beynəlxalq hüquq kontekstində Xocalı soyqırımına hüquqi qiymət verilərək, artıq bu faciənin bir neçə dünya dövləti tərəfindən soyqırımı kimi tanınmasından danışmışlar.