Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Musiqi Kollecində Xocalı Soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir.

25 fevral 2016 | 16:00

25 fevral 2016-ci il tarixində Şuşa Musiqi Kollecində Xocalı Soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir. Kollecin direktoru Rasim Mehdiyev çıxış edərək tədbiri açıq elan etmiş və iştirak edən tələbə və gənclərə Azərbaycan xalqına qarşı törədilmiş insanlığa sığmayan cinayətdən geniş şəkildə bəhs etmişdir. Daha sonra Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov gənclərə beynəlxalq hüquq kontekstində soyqırım cinayətindən və soyqırım cinayətinin tək azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğundan danışmışdır. Şuşa rayon YAP Gənclər birliyinin sədri Yapon Hacıyev isə gənclərə ermənilərin işğalçı siyasətindən geniş şəkildə məlumat verərək, onları tarixi faktlarla tanış etmişdir.
Tədbirdə həmçinin kollecin müəllim və tələbələri çıxış edərək insanlığa qarşı törədilmiş cinayətə öz münasibətlərini bildirmişlər.

Keçidlər