15 avqust 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Sumqayıt şəhərində yerləşən “28 may” mədəniyyət evində rayon sakinləri ilə səyyar görüşü keçirildi
15 avqust 2025 | 17:00
Şuşa Rayon İcra Hakimiyyəti başçısının əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam edir
15 avqust 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Sumqayıt şəhərində yerləşən “28 may” mədəniyyət evində rayon sakinləri ilə səyyar görüşü keçirildi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirdi. RİH başçısı diqqəti dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada görülməkdə olan işlərlə yönəldərək bildirdi ki, möhtərəm Prezidentimizin hər bir vədinin arxasında konkret əməli işin dayandığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verildi.






