“Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası
2016-cı il fevral ayının 27-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsinin 24-cü ildönümündə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşasını nümayiş etdirmişlər.Tamaşada rusdilli uşaqlar azərbaycan dilində şeirlər səsləndirmiş, ədəbi-bədii kompozisiya göstərmişlər. Tamaşanın rejissoru truppanın bədii rəhbəri Larisa Tarusova, baletmeyster Günəş Talıblıdır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qafar Əliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, əsərin müəllifi Zərəngiz Dəmirçi Qayalı, tamaşanın rejissoru Larisa Tarusova çıxış etmişlər.