Şriftin ölçüsü :

Saytın rəngi :

15.07.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunun inzibati binasında növbəti səyyar görüşü keçirildi

15 iyul 2025 | 14:43

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Eyni zamanda ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 58 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. 15.07.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunun inzibati binasında növbəti səyyar görüşü keçirildi. RİH başçısı Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşmasının, hadisələri düzgün qiymətləndirmək qabiliyyətinin həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biri olduğunu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıtdığını diqqətə çatdırdı. Şuşa şəhərində aparılan bərpa -quruculuq işlərindən danışan Bayram Səfərov əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər