Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı – Qan yaddaşımız”

26 fevral 2016 | 16:00

“Xocalı – Qan yaddaşımız”
2016-cı il  fevral ayının 26-da Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin  birgə hazırladığı “Xocalı – Qan yaddaşımız” adlı tədbir keçirilmişdir. Tədbirdə  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli  Məclisin deputatı Flora Qasımova faciə ilə bağlı çıxış edərək bildirmişlər ki, Xocalı faciəsi bütün dünyada bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.

Bədii hissədə Şuşa rayon Mədəniyyət evinin şəhid övladlarının iştirakı ilə hazırlanan “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya, Xalça muzeyinin “Uşaq muzeyi” şöbəsinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət “Xocalı – Qan yaddaşımız” adlı rəsm sərgisi nümayiş olunmuşdur. Sonda tədbir iştirakçıları Azərbaycan Xalça Muzeyinin ekspozisiyası, həmçinin bu gün fəaliyyətini xalça muzeyində davam etdirən Şuşa filialının III mərtəbədə sərgilənən eksponatları ilə tanış olmuşlar.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin məsul işçiləri, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvləri, idarə, müəssisə rəhbərləri, Şuşa və Xocalı rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər  iştirak etmişlər.

Keçidlər