Şahmat üzrə Şuşa rayon birinciliyi keçirilmişdir
4 mart 2016-cı il tarixdə Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Şuşa Rayon Gənclər və İdman İdarəsi və Şuşa rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "5 mart - Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş məktəblilər arasında şahmat üzrə Şuşa rayon birinciliyi keçirilmişdir. Tədbirin rəsmi açılış mərasimində Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov və digər rəsmi şəxslər çıxış edərək yarış iştirakçılarını “5 mart - Bədən tərbiyəsi və idman günü" münasibətilə təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışlar. II - VI sinif və VII - IX sinif şagirdləri arasında olimpiya sistemi üzrə keçirilmiş yarışların hər birində 20 nəfər məktəbli iştirak etmişdir. II - VI sinif şagirdləri arasında keçirilən yarışda I yeri Quşçular kənd tam orta məktəbin şagirdi Səfərli Amin, II yeri Şuşa şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Şərbətli Əkbər, III yeri Şuşa şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Məhərrəmov Məhərrəm, IV yeri Şuşa şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Ağayev Fərid, V yeri Şuşa şəhər 10 nömrəli tam orta məktəbin şagirdi İsmayılov Bəxtiyar, VII - IX sinif şagirdləri arasında keçirilən yarışda I yeri Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Qaraşlı Aqşin, II yeri Şuşa şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Rzayev Elay, III yeri Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Qəmbərov Bulud, IV yeri Şuşa şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Həsənov Əkbər, V yeri Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin şagirdi Cəfərli Saleh tutmuşlar. Sonda qaliblərə və fərqlənmiş iştirakçılara Şuşa Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim edilmişdir.
Qalibləri təbrik edirik!