Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Şuşa rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon qadınlarının bayram tədbiri keçirilmişdir.

07 mart 2016 | 16:00

Qadınlar ölkə əhalisinin əksəriyyətini təşkil etməklə bərabər,cəmiyyətin çox dəyərli, əvəzedilməz bir hissəsidir. Saflıq, zəriflik, gözəllik rəmzi olan qadın adı ölkə-mizdə hər zaman uca tutulub. Azərbaycan milli mentalitetində qadın adı həmişə yüksəkdə durmuşdur.

Martın 7-də 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Şuşa rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon qadınlarının bayram tədbiri keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, İcra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri , rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət, elm, təhsil, səhiyyə,mədəniyyət və digər sahə lərdə çalışan ziyalı xanımlar iştirak etmişlər.

“Ana” mahnısının ecazkar sədaları ilə başlanan bayram tədbirində təbrik üçün ilk söz Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova verilmişdir. B.Səfərov qadınlara ən xoş ürək sözlərini bildirərək,cəmiyyətdə və ailədə qadınların rolundan danışmış,onların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunduğunu vurğulamışdır. Rayon rəhbəri ölkə başçısı tərəfindən Azərbaycan qadınlarının zəhmətinin, fəaliyyətinin çox yüksək qiymətləndirildiyini, onlara böyük hörmət və ehtiramla yanaşıldığını xüsusi qeyd etmişdir.

Sonra tədbir Şuşa rayon Mədəniyyət evinin musiqi kollektivinin rəngarəng musiqi nömrələri ilə davam etmişdir. Tədbirin aparıcıları Enurə Abdullayeva və Kamran Quliyev şən əhval-ruhiyyənin qorunmasına nail olmuşlar. Qonaqlar ara-sında maraqlı viktorina keçirilmiş, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilmişdir. Şuşa rayon qadınlarını təbrikə qatılan müğənni Yaşar Cəfərovun ”Qardaşlar” qrupunun ifası məclisə xüsusi ahəng qatmışdır.

Şuşa rayon İcra Hakimyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı qadınlar şurasının sədri Vüsalə Fətəliyeva da çıxış edərək qadınları təbrik etmiş,qadın,ana haqqında dəyərli fikirlər söyləmişdir.

Şuşa rayon qadınlar şurasının sədr müavini Vəsilə Xəlilova dövlət qulluğunda, iqtisadiyyatın digər sahələrində, siyasi partiyalarda, ictimai təşkilatlarda rayon qadınlarının uğurlu mövqeyini qeyd etmişdir.

Sonda rayonun ictimai-siyasi,sosial-mədəni həyatında fərqlənən qadınlara hədiyyələr təqdim edilmişdir.

Rəngarəng bayram tədbiri qonaqların rəqsi ilə başa çatmışdır.

Keçidlər