Şriftin ölçüsü :

Saytın rəngi :

Voleybol idman növü üzrə Şuşa rayon birinciliyi

10 mart 2016 | 16:00

09.03.2016-cı il tarixində Novruz bayramı münasibətilə Raman-450 qəsəbəsində yerləşən Şuşa rayon Malıbəyli kənd 1 saylı tam orta məktəbdə orta ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə Şuşa rayon birinciliyi keçirilmişdir. Yarışda Şuşa rayon orta ümumtəhsil məktəblərinin komandaları iştirak etmişlər. İdman tədbirində Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon YAP Gənclər Birliyinin sədri, UGİM-in direktoru Yapon Hacıyev, Malıbəyli kənd 1 saylı tam orta məktəbin direktoru Günəş Əliyeva, digər rəsmi şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Məktəblilər arasında gedən gərgin mübarizə nəticəsində 6 saylı məktəbin komandası 3-cü yerə, Malıbəyli kənd 1 saylı tam orta məktəbin komandası 2-ci yerə və Şuşa şəhər 1 saylı tam orta məlktəbin komndası isə 1-ci yerə layiq görülmüşlər. Sonda yarışın qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.​

Keçidlər