“Ölkəmizi tanıyaq”
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarının məktəbliləri də qoşulub. Martın 16-da bu rayonların ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Azərbaycanın şimal bölgələrinə yola düşüblər.
Bu münasibətlə Sumqayıtda təşkil olunan mərasimdə Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarının rəhbərliyi, təhsil işçiləri və valideynlər iştirak ediblər.
Mart ayının 24-də Şuşa rayon İcra Hakimiyyətinin binasından 8 nəfərdən ibarət II tur aksiya iştrakçıları Şuşa məktəbliləri Lənkəran, Astara və Lerik rayonlarına yola salınmışdılar.