Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın Azərbaycana hərbi təxribatı və ordumuzun buna layiqli cavabı

05 aprel 2016 | 16:00

Ermənistanın Azərbaycana hərbi təxribatı və ordumuzun buna layiqli cavabı

2016-cı il aprel ayının 5-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində  saat 14:00-da Şuşa rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Şuşa rayon ictimaiyyətinin Ermənistanın Azərbaycana hərbi təxribatı və ordumuzun buna layiqli cavabları ilə bağlı toplantısı keçirilmişdir. Toplantıda Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa rayon İcra Hakimiyyətinin işçiləri, rayonun idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyəti, tələbələr və şagirdlər  iştirak etmişlər.
         Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa rayon İcra Hakimiyyəti  başçısının müavini  Vüsalə Fətəliyeva, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyev,    rayon Ağsaqqallar Şurasının sədri Məmməd Hacıyev,Zarıslı özunümüdafiə batalyonunun  keçmiş döyüşçüsü Süleyman Məmmədov, rayon Təhsil şöbəsinin müdiri, YAP-ın Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Mərkəzi rayon Xəstəxanasının baş   həkimi Ramiq Məhərrəmov, Mədəniyyət və Turizm şöbəsinin   müdiri Zahid Abbasov, Respublikanın Əməkdar müəllimi, şair Əyyub Şırlanlı  çıxış etmişlər.   Aprelin 2-nə keçən gecə erməni silahlı qüvvələrinin cəbhəboyu mövqelərimizə növbəti təxribatının qarşısının alınması, onlara sarsıdıcı zərbələrin endirilməsi, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən görülən cavab tədbirləri, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və tarixi yaşayış məntəqələrimizin düşməndən tam azad olunması və yaxın gələcəkdə öz doğma torpaqlarımıza qayıdacağımıza inam hissinin daha da yüksəlməsi   çıxış edən natiqlər tərəfindən vurğulanmışdır.
       Tədbirin sonunda Şuşa rayon ictimaiyyəti adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə  müraciət qəbul edilmişdir.

Keçidlər