Şriftin ölçüsü :

Saytın rəngi :

16 dekabr 2022-ci il tarixdə Xətai rayonu, 24 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirildi

16 dekabr 2022 | 10:55
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 58 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. 16 dekabr 2022-ci il tarixdə Xətai rayonu, 24 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov vətəndaşlarla növbəti səyyar qəbulunu keçirdi. Rayonun idarə, müəssisə rəhbərləri və sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, "Böyük Qayıdış" Proqramının uğurla icra olunması haqqında ətraflı danışdı, Qarabağda aparılan nəhəng quruculuq işlərinin dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyduğunu bildirdi. Rayon rəhbəri dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra xarici ölkələrə hər səfərinin, eyni zamanda iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin hər birinin işğal və zəfər dövrünün reallıqlarını əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə yadda qaldığını qeyd etdi. Qarabağda yerləşən rus sülhməramlı kontingentinin nəzarətində olan ərazilərimizdə təbii sərvətlərimizin talan edilməsinə münasibət bildirən Bayram Səfərov 10 noyabr Bəyanatının müddəalarına əməl olunmadığını və Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyaya qoşulanların sayının artamısının xalqımızın birliyinin növbəti təzahürü kimi qiymətləndirdi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər