Şriftin ölçüsü :

Saytın rəngi :

16 iyul 2025-ci il tarixində Şuşa Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilmişdir

16 iyul 2025 | 14:17

16 iyul 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, aparatın şöbə müdirləri, başçının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və İctimai Şuranın üzvləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu bildirmişdir. Korrupsiyaya qarşı mübarizədə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar, təşkilati tədbirlərin səmərəliliyindən bəhs edən RİH başçısı bu istiqamətdə görülən işlər nəticəsində qısa müddət ərzində korrupsiyaya qarşı mübarizədə uğurlu strategiya formalaşdırıldığını və onun səmərəli tətbiqinə nail olunduğunu bildirmiş, İctimai Şuranın üzvlərinə İcra Hakimiyyətinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, İcra Hakimiyyəti  ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətlərində uğurlar arzulamışdır. Ölkəmizdə insanların sosial rifahının və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən danışılmış, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətə dair ətraflı məlumat verilmişdir.

 

 

Keçidlər