Tibbi müayinə davam edir
Tibbi müayinə davam edir
Respublikamızın bütün rayonlarında olduğu kimi Şuşa rayon sakinlərinin tibbi müayinədən keçirilməsi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi qrafikə uğun olaraq aparılır. Şuşa rayon əhalisi respublikamızın 57 rayonunda məskunlaşmasına baxmayaraq Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairələri üzrə nümayəndəlikləri rayon sakinlərinin operativ şəkildə tibbi müayinədən keçməsinə nəzarət edir, gündəlik olaraq müayinə haqqında məlumatları Rayon İcra Hakimiyyətinə ünvanlayırlar. Bakı şəhərində məskunlaşmış Şuşa sakinlərinin və Rayonun tabeliyində olan idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin Şuşa Mərkəzi Rayon Xəstəxanasında və Quşçular , Malıbəyli kənd həkim ambulatoriyalarında mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işi yüksək səviyyədə təşkil olunur. Rayon İcra Hakimiyyətinin məsul işçiləri tez- tez mərkəzi rayon xəstəxanasına , kənd həkim ambulatoryalarına baş çəkərək tibbi müayinənin gedişi ilə yaxından tanış olurlar.
2016 –ci ilin fevral ayından aprel ayın 8-dək Şuşa rayon əhalisinin 17921 nəfəri respublikanın 57 rayonunda tibbi müayinədən keçmişdir.Onlardan 1449 nəfər ambulator, 228 nəfər stasionar müalicə almış, 46 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir Rayon əhalisinin tibbi müayinələrə cəlb olunması üçün Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirmə işi davam etdirilir.