16.05.2026-cı il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində növbəti səyyar görüş keçirildi
16 iyun 2026 | 17:50
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən mütəmadi olaraq respublikanın 60 rayonunda məskunlaşmış rayon sakinləri ilə səyar qəbulların keçirilməsi və belə görüşlər zamanı əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. Vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti səyyar qəbulu 16 iyun 2026-cı il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində keçirildi. RİH başçısı Şuşa rayon sakinləri qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransın keçirilməsinin əhəmiyyətini vurğulayan RİH başçısı konfrans çərçivəsində “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası”, “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” və “Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzularında panel sessiyalar təşkil edildiyini görüş iştirakçılarının diqqqətinə çatdırdı.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.






