Şriftin ölçüsü :

Saytın rəngi :

“Peşə seçimini düzgün et-gələcəyin seçimindən asılıdır”

15 aprel 2016 | 16:00

“Peşə seçimini düzgün et-gələcəyin seçimindən asılıdır”

Peşə seçimi insan həyatının ən taleyüklü məsələlərindən biridir. Hər bir vətəndaş öz bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməlidir. Bu sahə-də onlara ən doğru istiqamət verən peşəyönümü probleminin düzgün həll olunmasıdır. Sözügedən problemin düzgün həlli gənc nəslin gələcək taleyində mühüm rol oynamaqla yanaşı, cəmiyyətin məşğulluq problemlərinin həlli ilə də sıx bağlıdır. Bu baxımdan Dövlət Məşğulluq Xidməti regionlarda müxtəlif seminarlar, maarifləndirici tədbirlər təşkil edir. Odur ki, Şuşa rayon Məşğulluq Mərkəzi məktəblərdə peşəyönümü işinin düzgün təşkil olunması, şagirdlərin gələcəkdə peşə və ixtisasara düzgün istiqamətləndirilməsi məqsədilə növbəti tədbirini 14.04.2016 -cı il tarixdə N.Gəncəvi adına Xan kəndi şəhər 4 nömrəli tam orta məktəbdə təşkil etmişdir.

Tədbirdə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı sektorunun böyük məsləhətçisi Sevinc Şəmmədova, Şuşa rayon İcra Hakimyyətinin informasiya təmi- natı və təhlili sektorunun müdiri Ülvi Heydərov, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov,Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova,Malıbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Müzəffər Babayev, həmin məktəbin müəllimləri, yuxarı sinif şagirdləri, valideynlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə N.Gəncəvi adına Xan kəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim Xudiyev açmışdır.

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir

“Peşə seçimini düzgün et - gələcəyin seçimindən asılıdır” məruzəsi ilə Vəsilə Xəlilova çıxış etmişdir.

Məruzə ətrafında Nadir Bayramov, Ülvi Heydərov , müəllimlərdən İlduzə Babayeva çıxış etmiş,yuxarı sinif şagirdlərinin meyl və maraqları,gələcək seçimləri barədə fikirləri dinlənilmişdir.

Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən tərtib olunmuş anket-sorğular şagirdlərə paylanılmış, onlarla peşə seçimi ilə bağlı geniş və maraqlı diskussiyalar aparılmışdır.

Sonda Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı sektorunun böyük məs- ləhətçisi Sevinc Şəmmədova çıxış edərək belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmiş,əmək bazarındakı mövcud vəziyyət,işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı haqqında məlumat vermiş, tədbirin keçirilməsinə köməklik etdiyi üçün rayon rəhbərliyinə təşəkkür etmişdir.

Şagirdlərə peşəyönümünə dair məlumat kitabçaları, müxtəlif bukletlər paylanılmışdır.

Keçidlər