Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu üzrə 2016-cı ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş iclas keçirilib

15 aprel 2016 | 16:00

 

 

15 aprel 2016-cı il tarixdə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprel ayının  9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkşafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası”na həsr olunmuş Şuşa rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.Tədbirdən əvvəl rayon rəhbərliyi İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov son günlər təmas xəttində erməni qəsbkarlarının təxribatçı hücumunun qarşısının qətiyyətlə alındlığını deyib, yenilməz Azərbaycan Ordusunun cavab tədbirləri zamanı qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaətindən söhbət açıb.Sonra Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
B.Səfərov cari il aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib. Hesabat məruzəsində rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən  rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva, Əkbər Hacıyev,  Şuşa rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Şuşa rayon şöbəsinin  müdiri Arif Abbasov, rayon İcra Hakimiyyəti başçısının Malıbəyli kənd  İnzibati ərazi dairəsi  üzrə nümayəndə Müzəffər Babayev dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırmış, sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Hesabat iclasının yekununda B.Səfərov rayonun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, onlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilk rüb ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Məsələ ilə bağlı Qərar layihəsini rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin  müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.  
Qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Keçidlər