Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü

08 may 2016 | 16:00

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şuşa və digər işğal altında olan rayonların  ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Ziyarətçilər “Əbədi məşəl” kompleksi önünə əklil qoymuş, şəhidlərin ruhuna dualar oxumuşlar.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində görülən işlərin xalqda bir ümid yaratdığını vurğulayıb: “Son vaxtlar xalqımızın ümidi daha çox artmışdır. İstər cəbhədə, istərsə də respublikamızda və dünya miqyasında görülən işlər erməni işğalının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır. Dağlıq Qarabağın işğalı ilə bağlı filmlər çəkilir, kitablar yazılır, “Xocalıya ədalət”, “Şuşaya azadlıq” kampaniyaları keçirilir.

Keçidlər