Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyul 2026-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində Şuşa RİH başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

17 iyul 2026 | 17:12
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 60 rayonunda mütəmadi olaraq səyyar görüşlər keçirir.
17 iyul 2026-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində Şuşa RİH başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara yönəldilməsi istiqamətində zəruri addımlar atılacaq.
Keçidlər