Şriftin ölçüsü :

Saytın rəngi :

17 may 2024-cü il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa rayon komitəsinin hesabat-seçki toplantısı keçirilmişdir

17 may 2024 | 17:41
Toplantıda Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Rahilə Babayeva, DİİXİ Hİ Şuşa rayon komitəsinin sədri Tofiq Quliyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları iştirak etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra toplantı iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Hesabat-seçki toplantısı təsdiq edilmiş gündəliyə və reqlamentə uyğun olaraq aparılmışdır. Toplantı zamanı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsi sədrinin və Təftiş komissiyasının hesabat dövrü ərzində rayon həmkarlar ittifaqı təşkilatının fəaliyyəti ilə bağlı geniş məruzəsi dinlənilmiş, görülmüş işlərə qiymət verilərək qənaətbəxş hesab edilmiş və digər təşkilati məsələlərə baxılmışdır. Həmkarlar komitəsi üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində görülən işlərin Şuşa Rayon Həmkarlar İttifaqı Komitəsi tərəfindən bundan sonra da uğurla davam edəcəyi bildirilmişdir.
Toplantıda Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Rahilə Babayeva çıxış edərək həmkarlar ittifaqlarının cəmiyyətimizdə fəal mövqe tutduğunu, həmkarlar ittifaqlarının böyük qüvvəyə malik olduğunu, onların fəaliyyətinin təmin olunmasında sahə həmkarlar ittifaqlarının rolundan ətraflı danışmışlar. Toplantıda çıxış edənlər tədbir iştirakçılarının diqqətinə çatdırmışlar ki, Azərbaycan Respublikası müstəqillik qazandığından sonra ictimai həyatın bütün sahələrində olduğu kimi həmkarlar təşkilatlarının işində də xeyli dəyişikliklər baş vermişdir. Bir əsrdən çox tarixə malik olan Azərbaycan həmkarlar ittifaqları bu dövrdə daha da inkişaf etmiş, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur. Bu illərdə həyata keçirilən islahatlar, əldə edilən inkişaf tempi həmkarlar ittifaqının qarşısında ciddi vəzifələr qoymuşdur. Bu vəzifələr vətəndaşların sosial-iqtisadi problemlərinin həlli və əmək hüquqlarının müdafiəsi sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Həmkarlar İttifaqları haqqında” Azəbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanun hər bir həmkarlar ittifaqı üzvünün öz vəzifəsini layiqincə yerinə yetirməsi üçün təşəbbüskar, prinsipial, hüquqi cəhətdən savadlı olmasını bir vəzifə kimi qarşıya qoyur. Bu gün, dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə həmkarlar ittifaqlarının qanunvericilik bazası təkmilləşdirilir, fəaliyyəti üçün daha əlverişli şərait yaradılır.
Sonra açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin plenum üzvləri və təftiş komissiyasının üzvləri seçilmişdir.
Gündəliyə əsasən, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin seçilməsi səsə qoyulmuş, rayon komitəsinin yeni tərkibi və yeni sədr Hüseynli İlkanə Müşfiq qızı seçilmişdir.
Keçidlər