Şriftin ölçüsü :

Saytın rəngi :

17.07.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Ağdaş rayonu, Pirkəkə kənd tam orta məktəbində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

17 iyul 2025 | 17:57

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə 17.07.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Ağdaş rayonu, Pirkəkə kənd tam orta məktəbində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. Yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, infrastrukturun qurulması tezliklə bu ərazilərin tam bərpa olacağından xəbər verir. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir. Azərbaycanda ötən illər ərzində hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilmişdir.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər