Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.

14 may 2016 | 16:00

13 may 2016-cı il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində Şuşa rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, rayonun idarə və müəssisə rəhbərləri də iştirak etmişdir. Görüşə giriş sözü ilə başlayan Bayram Səfərov məcburi köçkünlərə göstərilən dövlət qayğısından bəhs etdi və görülən işlərdən danışdı. Sonra görüşdə iştirak edən əhalinin şikayət, tələb və təklifləri eşidildi. Vətəndaşlar onları narahat edən məsələlər barəsində müraciətlərini etdilər. Bir çox məsələlərinin həlli aidiyyatı idarə müdirlərinin iştirakı ilə yerindəcə həll edildi. Bəzi məsələlərin həlli rayon İcra Hakimiyyəti səlahiyyətləri xaricində olduğundan vətəndaşa hansı idarəyə müraciət etmək lazım olduğu barədə izahat verildi.

Keçidlər