Şriftin ölçüsü :

Saytın rəngi :

“01 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”

01 iyun 2016 | 16:00

 

          01 iyun 2016-cı il tarixdə  saat 12:00-da  “Ramana-450” qəsəbəsində Şuşa rayon Mədəniyyət evi və Şuşa Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən “01 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş tədbir keçirilmişdir.

          01 iyun 2016-cı il tarixdə  saat 19:00-da  Rəşid Behbudov adına Mahnı Teatrında Şuşa rayon Mədəniyyət və Turizm şöbəsi “Təbəssüm” rəqs qrupu  ilə birgə “Uşaqlar bizim gələcəyimizdir” adlı daha bir tədbir keçirilmişdir.

        Tədbirlərdə Şuşa rayon İcra Hakimiyyəti başçısının  müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Rayon Təhsil  şöbəsinin müdiri Təvəkkül Əliyev, Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov, Şuşa rayon ümumtəhsil müəssisələrinin “Uşaq birlikləri” təşkilatlarının müəllimləri və şagirdlər iştirak etmişlər. Tədbirlərdə çıxış edən Şuşa rayon İcra Hakimiyyəti başçısının  müavini Vüsalə Fətəliyeva Beynəlxalq uşaqlar gününün  bütün dünyada olduğu kimi ölkəmizdə də yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışdı. Uşaqların gələcəkdə cəmiyyətimiz üçün yararlı vətəndaş kimi formalaşmasında müəllimlərin, valideyinlərin üzərinə düşən məsuliyyətin hər birimiz tərəfindən dərk olunmasının vacibliyini vurğuladı.Uşaqların nümayiş etdirdikləri milli və dünya ölkələrinin  müxtəlif rəqsləri tədbir iştirakçıların marağına səbəb olmuşdur.

Keçidlər