18 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi
18 iyul 2024 | 16:18
Şuşa rayon əhalisi ilə səyyar görüş keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Şuşa rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 58 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. 18 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi. Görüşdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov bildirildi ki, artıq 21-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Ölkə başçısının yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin artan nüfuzu, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verdi.
Rayon sakinləri çıxış edərək işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və rayon rəhbərindən onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll etdi, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürdü. Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırdı.