Şriftin ölçüsü :

Saytın rəngi :

18 iyun 2026-cı il tarixdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı tədbir keçirilmişdir

18 iyun 2026 | 17:22
 
18 iyun 2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə mədəniyyət müəssisələrinin təşkilatçılığı, YAP Şuşa Rayon Təşkilatının, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşlarının, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Rayon Komissiyasının, Uşaq hüquqlarının müdafiəsi üzrə Rayon Komissiyasının üzvlərinin və Şuşa Humanitar Kollecinin tələbələrinin iştirakı ilə Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binasında “26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov bəşəri bir bəla olan narkomaniyanın ailələrə gətirdiyi faciələrdən, cəmiyyətin bu “ağ ölüm”dən necə əziyyət çəkdiyindən, dünya dövlətlərində, o cümlədən ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən ətraflı danışmışdır. Natiq Mahmudov bildirmişdir ki, ölkəmizdə narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunların və normativ aktların məqsədi nazdrkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi və hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ciddi mübarizə aparılır. O, 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində rayon üzrə aidiyyəti qurumlarla birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edənlər maarifləndirmə tədbirlərinin gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söyləmişlər. Onlar müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etmişlər.
Keçidlər