Şriftin ölçüsü :

Saytın rəngi :

“18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Şuşa rayonu üzrə silsilə tədbirlər keçirilir

02 iyun 2023 | 17:33

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Şuşa Rayon İcra Hakimiyyətində və rayon ümumtəhsil müəssisələrində (1;3;6;9;10;12 saylı tam orta məktəblərdə) İnsan hüquqları ilə bağlı müxtəlif silsilə tədbirlər- dəyirmi masalar keçirilmişdir. Ümumtəhsil müəssisələrində keçirilmiş tədbirlərdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Beynəlxalq İnsan Hüquqları Konvensiyasının yaranma tarixindən, uşaqların hansı hüquqlara malik olmalarından, onlara göstərilən diqqət və qayğıdan geniş söhbətlər aparmışlar. Tədbirlərdə maarifləndirmə işini aparan məsul şəxslər    Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verərək, ölkəmizdə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışmışlar. Məktəblərin yuxarı sinif şagirdlərinə insan hüquqları ilə bağlı maarifləndirici materiallar paylanılmış, videoçarxlar nümayiş etdirilmişdir.

Keçidlər