Şriftin ölçüsü :

Saytın rəngi :

18 noyabr 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Raketa” sağlamlıq düşərgəsində məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi.

18 noyabr 2024 | 16:52

18 noyabr 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Raketa” sağlamlıq düşərgəsində məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi.

RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin dünyada və regionda artan nüfuzundan danışdı, ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icra vəziyyəti haqqında ətraflı məlumat verdi, Şuşa rayon əhalisinin doğma Şuşamıza qayıdışının davam etdiyini diqqətinə çatdırdı.

İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinlədi. Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll olundu, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi və onların icrası nəzarətə götürüldü.

Keçidlər