17 iyun-Tibb İşçilərinin Peşə bayramı
17 iyun-Tibb İşçilərinin Peşə bayramı münasibətilə Şuşa rayon səhiyyə işçiləri Azərbaycan Respublikası Səhiyyə İşçilərinin Həmkarlar İttifaqının Fəxri Fərmanları ilə təltif edilmişlər.
17 iyun-Tibb İşçilərinin Peşə bayramı münasibətilə Şuşa Mərkəzi Rayon Xəstəxanasında tədbir keçirilmişdir. Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov və səhiyyə işçiləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək rayon səhiyyəsinin inkişafına, əhalinin sağlamlığının qorunmasına, tibb işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına göstərdiyi hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirməklə, rayonun bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmişdir. Rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrinin kollektivləri əhaliyə səhiyyə xidmətinin təşkilində fəal iştirakına görə və 17 iyun-Tibb İşçilərinin Peşə bayramı münasibəti ilə Fəxri Fərmanlarla təltif edilmişlər.