Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı

23 iyun 2016 | 16:00

23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin “Dövlət Qulluğu Günü” elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan olunması qərara alınmışdır.

2016-cı il iyun ayının 23-də Şuşa rayon İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı keçirilmişdir. Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətlərindən, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi və digər hüququ aktlara dair imzaladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri - Dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə - Vüsalə Fətəliyeva “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə, Əkbər Hacıyev “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Keçidlər