Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda dolma festivalı keçirilib

01 iyul 2016 | 16:00

 

İyulun 1-də Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçirilib.

Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma sərgilənib, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub.

Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri- Zahid Abbasov, Üzeyir Hacibəyovun ev muzeyin direktoru - Nəsibə Eyvazova, Şuşa rayon Mədəniyyət evinin direktoru - Yaşar İbrahimov, Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin direktoru - Aysel Eldarlı və Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin bədii rəhbiri - Türkanə Bayramova Şuşa rayonunu təmsil edərək 22 növ dolma təqdim ediblər və “I kələm dolması” nominasiyasında qalib olmuşlaR - kubok, fəxri fərman, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri - Vüsalə Fətəliyeva iştirak edib.

Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən təmsilçilər iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.

Festival incəsənət ustaları konsert proqramı ilə davam edib.

 

 

Keçidlər