Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir

20 iyul 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr və 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları üzrə 20 iyul tarixində Şuşa rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı B.Səfərovun hesabat məruzəsi dinlənilmişdir.
B. Səfərov məruzəsində bildirmişdir ki, iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbəri aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən igidliklə alındığını, əks hücum əməliyyatı nəticəsində 2000 hektar ərazinin, eləcə də strateji əhəmiyyətli bir neçə yüksəkliyin düşməndən azad edildiyini, Azərbaycan ordusunun öz hərbi mövqelərini möhkəmləndirdiyini qeyd etmişdir. Cənab Prezident Dağlıq-Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır. “Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır”,-deyən dövlətimizin başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırmışdır.
İcra başçısı  əhalinin sosial müdafiəsi məsələlərindən, təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.
Şuşa rayon İcra Hakimiyyəti başçısının Xanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Çingiz Əliyev, Şuşa rayon Statistika İdarəsinin müdiri   Anar Xəlilov, Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin rəisi  Sarı Bərxudarovməruzə ətrafında çıxışlar etmişlər.
Məsələ ilə bağlı Qərar layihəsini İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Qalib Kazımov oxumuşdur.

Keçidlər