Şriftin ölçüsü :

Saytın rəngi :

"Aprel döyüşü mediaya nələri öyrətdi?”

19 iyul 2016 | 16:00

"Aprel döyüşü mediaya nələri öyrətdi?”

19 iyul 2016 –cı il tarixdə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi ilə Parlament Jurnalistlər Birliyinin Milli Mətbuatın yaranmasının 141 illiyi ilə bağlı jurnalistlər arasında keçirdiyi “Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?” mövzusunda müsabiqəsinin nəticələri açıqlanıb.

İcmanın qərargahında keçirilən toplantıda Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov qeyd edib ki, müsabiqəyə ümumilikdə 61 yazı təqdim edilib. “2016 - cı ilin aprel hadisələri” ilə bağlı 60 yazı, “Milli Mətbuatımızının formalaşmasında Qarabağ” mövzusunda isə 1 yazı təqdim olunub. Birinci istiqamət üzrə birinci və ikinci yeri qazanan olmayıb.Münsiflər yalnız İTV-nin Qarabağ bürosunun əməkdaşı Şöhrət Eyvazovun “Yurdun səsi”ndə dərc olunmuş “Mini müharibə” dərsi və ya şəhidlik fəlsəfəsi” yazısını üçüncü yerə layiq görüblər.Bu istiqamət üzrə “Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Leyla Məhərrəmovanın “İnformasiya və təbliğat müharibəsində niyə uduzuruq?”, “Modern.az” Xəbər Agentliyinin əməkdaşı Vüqar İsmayılovun “Aprel döyüşləri: Mətbuat və ordunun həmrəy zəfəri”, “Kaspi” qəzetinin əməkdaşı Aygün Əhmədovanın “Mətbuatla ordu çiyin-çiyinə”, “Yeni Həyat” qəzetinin əməkdaşı Rəsul Rzayevin “Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi”, “Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseyinlinin “Milli Ordumuzun aprel sınağı”, müstəqil jurnalist İlham Cəmiloğlunun “Dörd gün və danılmaz dörd həqiqət”, “Kaspi” qəzetinin əməkdaşı Şəbnəm Mehdizadənin “Aprel döyüşləri Azərbaycan jurnalistikası üçün sınaq oldu”, “Şərq” qəzetinin əməkdaşı Ayyət Abdullayevin “Media hədəfləri dəqiq vurdu”, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nurlan Qələndərovun “Azərbaycan mediası aprel hadisələri ərəfəsində milli maraqlara söykənən mövqe nümayiş etdirdi”, “525-ci qəzet”in əməkdaşı İsgəndər Həsənovun “Azərbaycanın haqq savaşında dönüş nöqtəsi”, “Azərnəşr”in əməkdaşı Rəsmiyyə Rzalının “Savaş meydanında öncə zehniyyət qazanılır”, “Report” İnformasiya Agentliyinin əməkdaşı Ülviyyə Qarayevanın “Aprel döyüşləri və müharibənin böyütdüyü uşaqlar” “Xezer.info”nun əməkdaşı Fərəh Sabirqızının “Aprel savaşından üzüağ çıxan mediamız”, “Bizimyol.info”nun əməkdaşı Ülviyyə Sabirqızının “Azərbaycan mediası aprel döyüşlərində: peşəkar iş gənclərdə vətənpərvərlik ruhuna da təsir edir”, “Aznyus.az”ın əməkdaşı Nigar Etibarın “Güllə yağışındakı mətbuatımız və əsl itkilərimiz”, “Azad Azərbaycan” qəzetinin əməkdaşı Cavanşir Qədimovun “Aprel qələbəsi mediamızı da ruhlandırdı” yazıları münsiflər tərəfindən həvəsləndirici mükafata layiq görülüb.

“Milli Mətbuatımızının formalaşmasında Qarabağ” mövzusunda isə 1 yazı təqdim olunub. “Ekspress” qəzetinin əməkdaşı Aqil İsmayıloğlunun “Milli mətbuatımızın

formalaşmasında Qarabağ” yazısı bu istiqamətdə həvəsləndirici mükafata layiq görülüb.Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri cənab Bayram Səfərov deyib ki, Azərbaycan dövləti hər zaman mətbuata diqqət göstərir:

Azərbaycanda jurnalistlərə mənzillər verildi. Bu siyasət bu gün də davam etdirilir. İcma rəhbəri diqqəti bu ilin aprel olaylarına çəkib və bu zaman Azərbaycan mediasının özünü doğrultduğunu, dövlət və milli maraqlardan çıxış etdiyini söyləyib”.Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə qeyd edib ki, İcma belə tədbirlərə hər zaman diqqət ayırır və buna görə İcma rəhbərliyinə təşəkkür edirik.Sonra müsabiqə qalibləri diplom və pulla mükafatlandırılıblar.Deputatlardan Rövşən Rzayev, Aqil Abbas, Bəxtiyar Əliyev, media rəhbərlərindən Rəşad Məcid, Akif Aşırlı, Aqil Camal, Nadir Azəri müsabiqə qaliblərini təbrik ediblər.Rəşad Məcid Dağlıq Qarabağın Azərbaycanlı İcmasını Bakıdakı “Şuşa” adlandırıb və bundan sonra iştirak edəcəyi tədbirdə “Şuşa”dan gəldiyini söyləyəcəyini deyib.Deputat Bəxtiyar Əliyev isə diqqəti aprel olaylarına çəkib və bu hadisələrin Azərbaycanın yalnız iqtisadi, hərbi deyil, siyasi gücünün dünya çapında qəbul edildiyini qeyd edib.

Keçidlər