Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı Şuşa rayon Yeni Azərbaycan Partiyası Qadınlar Şurası qadın seçicilərlə görüş keçirib.

17 sentyabr 2016 | 16:00

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı Şuşa rayon Yeni Azərbaycan Partiyası Qadınlar Şurası qadın seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə Şuşa rayon YAP Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva açdı. O, qadın seçicilərin görəcəkləri işlərin əhəmiyyətindən danışdı, bildirdi ki, tədbirin məqsədi referendumla bağlı qadın seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır. Vüsalə xanım Fətəliyeva Konstitusiyada nəzərdə tutulmuş dəyişikliklərin gələcəkdə ölkəmizin daha da inkişafına təkan verəcəyinə inamını bildirdi.

Tədbirdə çıxış edən rayonun fəal qadınları cənab prezident İlham Əliyevin uğurlu siyasi kursunu dəstəklədiklərini ifadə etdilər.

Keçidlər