Şriftin ölçüsü :

Saytın rəngi :

19 dekabr 2024-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kənd 1 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi

19 dekabr 2024 | 16:15

RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda və beynəlxalq arenada apardığı uzaqgörən siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. “Böyük Qayıdış” planına əsasən əhalinin Şuşa şəhərinə növbəti köçünün 21və 23 dekabr tarixlərində olacağını bildirən RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlərin, sosial yönümlü Dövlət Proqramları və insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmişlər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Görüş iştirakçıları problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər