19 sentyabr 2023-cü il tarixdə lokal xarakterli antiterror tədbirləri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrə qarşı əməliyatı zaman həlak olmuş Vidadi Fərhadovun əziz xatirəsi - şəhadətə qovuşduğu gün məzarı önündə dərin ehtiramla yad edildi
19 sentyabr 2025 | 15:01
19 sentyabr 2023-cü il tarixdə lokal xarakterli antiterror tədbirləri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrə qarşı əməliyatı zaman həlak olmuş Vidadi Fərhadovun əziz xatirəsi - şəhadətə qovuşduğu gün məzarı önündə dərin ehtiramla yad edildi. Mərasimdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa rayon Polis şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri iştirak edirdilər. Fərhadov Vidadi Aydın oğlu 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinin atəşə tutulması zamanı törədilən terror hücumu nəticəsində aldığı qəlpə yarası xəsarətindən həlak olmuşdur. Mərasimdə şəhidimizin ruhuna dualar oxunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür. Şəhidin ailə üzvləri şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirmişlər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyir, onlara Uca Allahdan rəhmət diləyirik!






