Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 15-də Şuşa rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə Bilik günü qeyd olundu.

15 sentyabr 2016 | 16:00

Sentyabrın 15-də Şuşa rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə Bilik günü qeyd olundu.

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Malıbəyli kənd 1 saylı orta məktəbdə Bilik günü ilə bağlı təşkil olunmuş tədbirdə iştirak etdi.

“Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Tədbirdə çıxış edən ziyalılar təhsil sahəsində əldə edilən uğurlardan danışdılar, Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər , uşaq evləri, liseylərin tikilməsi, məktəblərin maddi-texniki bazası gücləndirilməsi vurğulandı. Bildirildi ki,təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.

Keçidlər