Şriftin ölçüsü :

Saytın rəngi :

19.06.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun sakinlərlə növbəti səyyar görüşü Yasamal rayonu, Şuşa Humanitar Kollecində keçirildi

19 iyun 2025 | 17:43
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Şuşa Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə 19.06.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun sakinlərlə növbəti səyyar görüşü Yasamal rayonu, Şuşa Humanitar Kollecində keçirildi. Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. . Yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, infrastrukturun qurulması tezliklə bu ərazilərin tam bərpa olacağından xəbər verir. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir. Azərbaycanda ötən illər ərzində hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilib.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinlədi. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi.
Keçidlər