19.09.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 3 saylı Şuşa rayon tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirilmişdir
19.09.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 3 saylı Şuşa rayon tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Prezident cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin regionda və beynəlxalq aləmdə artan nüfuzu, uğurlu enerji diplomatiyasının gələcəkdə ölkəmiz üçün yaradacağı imkanlar haqqında danışdı, dövlət başçısının tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirdi. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Görüşdə iştirak edən sakinlər problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.