Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu üzrə 2016-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

19 oktyabr 2016 | 16:00

19 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Şuşa  rayon İcra Hakimiyyəti  Başçısı yanında Şura iclasında ətraflı müzakirə olunmuşdur.
İclasda Şuşa  rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisəvə  ümumtəhsil müəssisələrinin rəhbərləri, həmçinin ziyalılar iştirak etmişlər.
İclası giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov  Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən danışdı. B.Səfərov bildirdi ki,cari ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclası Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınanrespublikamızın inamla inkişaf etdiyini göstərdi. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranının ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət ötən doqquz ayda da öz müsbət nəticələrini verib.Bu dövrdə qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb. Sənaye potensialımız 0,2 faiz artmışdır.Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında  ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan əhalisinin rifahının yaxşılaşmasına xidmət edir. Sosial layihələr uğurla icra edilir. Ötən müddətdə 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Bu müddətdə 154 min iş yeri açılıb ki, onlardan da 121 mini daimidir. Bütün bunlar ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir  daha təsdiqləyir.
Cənab Bayram Səfərov 2016-cı ilin doqquz ayında rayonumuzun sosial-iqtisadi vəziyyəti haqqında statistik göstəriciləri  iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
01 oktyabr 2016-cı il tarixə Şuşa rayon əhalisinin sayı                  33125 nəfər olmuşdur ki, onlardan  24137 nəfəri şəhər,       8988  nəfəri isə kənd əhalisidir.
Rayon üzrə 9 ay ərzində 64 nəfər işlə təmin olunmuşdur. 2016-cı  ilin  01 oktyabr  tarixi vəziyyətinə əsasən  məşğul əhalinin sayı 16010   nəfərdir. Onlardan  7260  nəfəri   dövlət,  8750  nəfəri isə qeyri-dövlət sahəsində çalışanlardır. Fərdi məşğul əhalinin sayı 4871  nəfərdir. Rayon üzrə qeydiyyatda olan idarə, müəssisələrdə büdcə təşkilatlarında çalışanların sayı  2092  nəfər olmuşdur.Dövlət Sosial Müdafiə  Fondunun Şuşa rayon şöbəsində vahid pəncərə sisteminin tətbiqi nəticəsində 2016-cı il 01 oktyabr tarixinə 1556 təşkilat qeydiyyatdan keçmişdir ki, bundan da 138-i hüquqi, 1418-i isə fiziki şəxslərdir. Qeydiyyatda olan təşkilatlardan 43 hüquqi və 295 fiziki şəxs fəaliyyət göstərir.  3927  nəfər pensiyaçıdan 1582 nəfəri yaşa, 2109 nəfəri əlilliyə, 236 nəfəri isə ailə başçısını itirməyə  görə pensiya alırlar. 2016-cı  ilin  9 ayı  ərzində 107 nəfərə pensiya təyin olunmuşdur. Digər rayonlarda yaşayan Şuşa rayon sakinlərindən 10 nəfərin pensiya işi rayon şöbəsində uçota  götürülmüşdür.Hesabat dövrü ərzində 97 aztəminatlı ailəyə ünvanlı sosial yardım  təyin olunmuşdur. Bu ilin fevral ayının 15-dən sosial yardımlar Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi tərəfindən mərkəzləşdirilmiş informasiya sistemi vasitəsi ilə elektron qaydada həyatat keçirilir. Dövlət Sosial Müdafiə  Fondunun Şuşa rayon şöbəsi üzrə yardım alanların ümumi sayı 319 aztəminatlı ailədən ibarətdir.
Şuşa rayon Məşğulluq Mərkəzi  tərəfindən 2016-cı ilin 9 ayı ərzində 193 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış, 34 nəfər müxtəlif sahələrdə işlə təmin olunmuş, 29 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 47 nəfər qeyri-məşğul vətəndaş Bakı Regional Peşə Tədris Mərkəzində peşə hazırlığı keçmişdir.
Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən 2016-cı ilin 9 ayı  ərzində 122 - doğum, 40 - nikah, 15 - nikahın pozulması, 5-adın, ata adının, soyadın dəyişdirilməsi, 22 müraciət  atalığın müəyyən edilməsi ilə bağlı  qeydə alınmışdır.
Şuşa rayon Rabitə Qovşağının gəliri 2016-cı ilin ilk 9 ayı üçün nəzərdə tutulan 5720,0  manat proqnoza qarşı 5735,0  manat yerinə yetirilmişdir.
Şuşa Humanitar Kollecinə 9 ixtisas üzrə 2016-2017-ci tədris ilində ümumi orta təhsil bazasından 175, tam orta təhsil bazasından 80 nəfər daxil olmuşdur. Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdikdən sonra tələbələrin ümumi sayı 920 nəfər olmuşdur.
Şuşa rayonunun 21 orta məktəbində 4008 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 480 nəfər müəllim məşğul olur. Bu il orta məktəbi bitirmiş 153 nəfərdən 94 nəfəri ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş, onlardan  54 nəfəri tələbə adını qazanmışdır. Şuşa Uşaq Yaradıcılıq Mərkəzində 195 nəfər, Uşaq Gənclər İdman məktəbində isə 240 nəfər şagird asudə vaxtlarını səmərəli şəkildə keçirmək üçün müxtəlif dərnəklərdə məşğul olurlar. Onlarla 15 nəfər müəllim məşğul olur.Malıbəyli kənd orta məktəbinin müəllimi İbrahimova Nailə Binnət qızı Respublikanın  “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Təhsil Nazirliyi tərəfindən rayonun 6, 7, 9, 10, 11, Malıbəyli kənd 1 nömrəli, Quşçular kənd məktəblərində təmir işləri aparılmışdır. Məktəblər tam şəkildə inventar və avadanlıqlarla təmin edilmişdir.
Şuşa Mərkəzi Rayon Xəstəxanası  tərəfindən  2016-cı ilin 9 ayı ərzində 35632 müayinə və müalicə işi aparılmışdır. Qeydiyyatda olan 273 nəfər (2015-ci ildə 256) şəkərli diabet xəstəsinə hər ay büdcə hesabına şəkərsalan dərmanlar və 35 nəfərə şəkər təyin edən aparatlar paylanmışdır. Gigiyena və Epidemiologiya Mərkəzi “Ramana-450” qəsəbəsində profilaktiki peyvənd işlərini, Pirşağı qəsəbəsində dezinfeksiya tədbirlərini təşkil etmişdir. Poliklinikanın yerləşdiyi sahə genişləndirilmiş və hal-hazırda təmir  işləri  davam etdirilir.
Mədəniyyət və Turizm şöbəsi 2016-cı ilin 9 ayı ərzində 50-dən çox tədbir həyata keçirmişdir.Hesabat dövrü ərzində şöbənin musiqi kollektivləri 1 beynəlxalq müsabiqədə və 3 festivalda rayonumuzu təmsil etmiş və nailiyyətlər əldə etmişlər.      Şöbənin 3 nəfər əməkdaşı - Yaşar İbrahimov, İntiqam Abbasov və Heybətqulu Babayev bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziriliyinin “Fəxri Mədəniyyət işçisi” medalına layiq görülmüşlər.
Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən  2016-cı  ilin 9 ayı ərzində 85 tamaşa göstərilmişdir. Hərbi vətənpərvərlik tədbirlərinə daha çox önəm verən Teatrın kollektivi ordumuzun qələbə ruhunu əks etdirən “Aprelin dörd günü” adlı musiqili ədəbi – bədii kompozisiya hazırlamış və respublikanın müxtəlif bölgələrində "Vətən dərsi" layihəsi çərçivəsində nümayiş etdirmişlər.Teatrın binasında təmir işləri davam etdirilir.
Hesabat dövründə Gənclər və İdman idarəsi tərəfindən rayon gənclərinin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Şuşa rayonundan olan 7-14 yaş arası uşaq və yeniyetmələr Respublika Uşaq istirahət və Sağlamlıq Mərkəzində yay-istirahət düşərgəsində istirahətə göndərilmişdir. Avqust ayında Şuşa rayon İcra Hakimiyyəti və Şuşa rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Şuşa rayon gənclərindən ibarət “Şuşa” komandası “Breyn Rinq” intellektual televiziya verilişində iştirak etmiş və region komandaları arasında xüsusi fərqlənən komanda olmuşdur.
Rayonda vətəndaşların qəbuluna, müraciətlərinə baxılmasına həssaslıqla yanaşılır. Onların təklif, ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması, narahatlıq yaradan problemlərin öyrənilməsi və həlli istiqamətlərində operativ tədbirlər görülür. Vətəndaşlar tərəfindən qaldırılmış problemlərin çoxu həll olunmuş, müəyyən problemlərin həlli ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmışdır.
Bu ilin sentyabr ayının 26-da ölkəmizin ictimai-siyasi həyatında mühüm və əlamətdar bir hadisə olan Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) demokratik, ədalətli və şəffaf şəkildə keçirilmişdir. Rayon üzrə referendumla bağlı  təbliğat işləri yüksək səviyyədə təşkil olunmuş, rayon seçicilərinin 71.4 faizibu referendumda çox böyük səs çoxluğu ilə iştirak etmişdir.
Hesabat dövründə Şuşa  rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
İclasda Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, rayon İcra Hakimiyyəti başçısının Qaybalı   kənd  İnzibati ərazi dairəsi  üzrə nümayəndəsiRasim  Əliyev çıxış etmişdir.
Məsələ ilə bağlı Qərar layihəsi səsə qoyulmuş və qəbul edilmişdir.

Keçidlər