Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü

09 noyabr 2016 | 16:00

 

2016-cı il noyabr ayının 9-da Şuşa rayon İcra Hakimiyyətinin və Respublika Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalça muzeyində “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırdı. V.Fətəliyeva qürur mənbəyimiz olan bayrağımıza bəslənən hörmət və ehtiramdan danışaraq bildirdi: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. Dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət Bayrağı Günü” təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılmışdır. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində dalğalanır. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olunmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.”

Rəsmi hissədən sonra tədbir bayram konserti ilə davam etmişdir. Respublika Texniki Yaradıcılıq Mərkəzinin kollektivinin ifasında səslənən bir-birindən gözəl və vətənpərvərliyi tərənnüm edən mahnılar, seirlər, rəqslər və ədəbi-bədii kompozisiyalar tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Keçidlər