Şriftin ölçüsü :

Saytın rəngi :

“2 Fevral - Azərbaycan Gəncləri Günü”

01 fevral 2021 | 13:52

01 fevral 2021-ci il tarixdə Laçın, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarının gənclər və idman idarələrinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş videokonfrans keçirildi. Rayonların ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda yüksək nailiyyətlər qazanan gənclərlə bərabər Vətən müharibəsi qazilərinin də iştirak etdiyi tədbirdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs edən, gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamağa, vətənin inkişafı üçün səylə çalışmağa səsləyən çıxışlar səslənildi, ayrı-ayrı gənclərin fikirləri dinlənildi. Videokonfransa 104 nəfər qatılmışdır.

Keçidlər