Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul - Azərbaycanda Polis Günüdür

02 iyul 2023 | 15:23
Azərbaycan polisi həmişə xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə aparılması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Onların böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev Azərbaycan polisini ölkənin, xalqın keşiyində duran mübariz bir dövlət orqanı kimi dəyərləndirib. Dövlətin, xalqın asayişi keşiyində dayanan bütün polis əməkdaşlarını ,o cümlədən Şuşa şəhərində artıq üçüncü ildir ki, böyük şərəf və qürur hissi ilə xidmət aparan Şuşa rayon polis şöbəsinin əməkdaşlarını 2 iyul – Polis Günü münasibətilə səmimi qəlbdən təbrik edir, bu çətin və məsuliyyətli işlərində onlara can sağlığı, möhkəm iradə arzulayırıq. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Müharibə zamanı və post-müharibə dönəmində polis əməkdaşları ölkəmizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb, bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşüb. Bu gün də Azərbaycan polisi xidmətini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi təmin edirlər.
Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.
Keçidlər