Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edildi

20 yanvar 2023 | 16:42
 
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şuşa rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri Şəhidlər Xiyabanına gələrək 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib, şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər