"20 Yanvar faciəsi"nin 35-ci ildönümü
20 yanvar 2025 | 16:53
Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonunun idarə və müəssisə rəhbərləri, ziyalılar "20 Yanvar faciəsi"nin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad etmişlər. Şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülmüş, ruhlarına dualar oxunmuş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir.