Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar – Ümumxalq hüzn günü” ilə bağlı Şəhidlər xiyabanı ziyarət edilmişdir

19 yanvar 2026 | 17:58

Ümumxalq hüzn günündə Şuşa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə,  təşkilat rəhbərləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

"1990-cı ilin 20 Yanvar”ı Azərbaycanın müasir tarixinə həm kədərli, həm də qürurverici bir səhifə kimi yazılıb. Azadlıq mübarizəsinə qalxan silahsız xalqın iradəsini heç bir qüvvə sındıra bilmədi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.

Allah rəhmət eləsin!

Keçidlər