Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı, 28 dekabr Dekabrın 28-də Şuşa Rayon İcra Hakimiyyətində (RİH) Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin işğalının 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

29 dekabr 2012 | 16:00

Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, Milli Məclisin deputatları, Xankəndindən olan ziyalılar, RİH-in və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları RİH-in binasındakı ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüşlər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Dağlıq Qarabağ, eləcədə Kərkicahan qəsəbəsinin işğalının tarixi, ermənilərin törətdiyi vəhşiliklər haqqında ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, Ermənistan 20 ildən artıqdır ki, təcavüzkar siyasət yürüdür. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycan xalqı bu işğal ilə heç vaxt barışmayacaqdır.
Milli Məclisin deputatları Qənirə Paşayeva və Flora Qasımova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunaraq beynəlxalq təşkilatları bu problemin həllinə biganə qalmamağa çağırmışlar. Digər çıxış edənlər işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini bildirmişlər.
 

Keçidlər