Ölkəmizi tanıyaq
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsi üzrə Şuşa rayonunun məktəbliləri 17 noyabr tarixində Şuşa rayon İcra Hakimiyyətinin binasından yola salınmışdır.Məktəblilər 20 noyabr tarixinədək Lənkəran, Astara, Masallı rayonlarına səfər edəcəklər.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Yola salma mərasimində Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva,Əkbər Hacıyev, Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideyinlər iştirak etmişlər.Vüsalə Fətəliyeva gənclər qarşısında çıxış edərək aksiyanın əhəmiyyətindən danışmış,rayon gənclərinə lazımi tövsiyyələr vermişdir.
Ölkə gəncləri qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirəcək, park və xiyabanları gəzəcək, qoruq və göllərə ekskursiya edəcəklər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkan yaradacaq.