Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarının ziyarəti
2016-cı il 20 noyabr tarixində saat 11:00-da Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8" hərbi helikopterinin erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində həlak olan Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarını ziyarət etmişdir.
1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü