Şriftin ölçüsü :

Saytın rəngi :

2023 - cü il iyun ayının 10 - da Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Şəki rayonunda Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi

10 iyun 2023 | 16:23

2023 - cü il iyun ayının 10 - da Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Şəki rayonu, Sarıca kəndində yerləşən Kəlbəcər rayon 123 saylı tam orta məktəbdə Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin ölkəmizi sürətli inkişaf yolunda yeni nailiyyətlərə, parlaq gələcəyə apardığını bildirib. Rayon rəhbəri respublikamızda aparılan abadlıq və quruculuq işləri, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışıb. Əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə halını aldığını vurğulayan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov səyyar qəbulların məqsədinin respublikanın müxtəlif rayonlarda məskunlaşan Şuşa rayon əhalisinin ortaya çıxan problemlərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.

Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər

Keçidlər