Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci il oktyabr ayının 10-da Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Şəki rayonu, Sarıca kəndində yerləşən Kəlbəcər rayon 123 saylı tam orta məktəbdə Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi

10 oktyabr 2025 | 17:06
2025-ci il oktyabr ayının 10-da Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Şəki rayonu, Sarıca kəndində yerləşən Kəlbəcər rayon 123 saylı tam orta məktəbdə Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin ölkəmizi sürətli inkişaf yolunda yeni nailiyyətlərə, parlaq gələcəyə apardığını bildirdi. Rayon rəhbəri ölkəmizdə keçirilmiş Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü, MDB dövlət başçılarının Düşənbə görüşü haqqında rayon sakinlərinə ətraflı məlumat verdi, respublikamızda aparılan abadlıq və quruculuq işləri, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışdı. Əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə halını aldığını vurğulayan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov səyyar qəbulların məqsədinin respublikanın müxtəlif rayonlarda məskunlaşan Şuşa rayon əhalisinin ortaya çıxan problemlərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd etdi.
Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər